Haqqımızda

Biznesin istənilən sahəsində gedən proseslərin avtomatlaşdırılması üçün ağıllı ERP həllər yaradırıq!

Azərbaycanın təşkilati iş həlləri sahəsində ixtisaslaşmış proqram istehsalçısı olan PRONET Prospect ERP olaraq 2003-ci ildən bir çox iri İT layihələr həyata keçirmiş, yeni məhsullar yaratmış və fəaliyyət göstərdiyi sahədə bir sıra yeniliklər etməyə nail olmuşuq. Bizim məsləyimiz yeni bir fikri aktual texnologiya ilə birləşdirərək dəyərlər istehsal etməkdir. İnformasiya texnologiyaları sahəsindəki təcrübə və bacarıqlarımızı müştəri məmnuniyyətini əsas götürərək sahibkarlar üçün daha dəyərli layihələrə çevirmək, ölkəmizdə bir yenilik olan yaratdığımız qabaqcıl, davamlı və keyfiyyətli ERP həlləri inkişaf etdirmək istəyirik. Bu məqsədimizə çatmaq üçün öz sahəsində mütəxəssis personallarla çalışaraq, texnologiyada baş verən yenilikləri beynəlxalq keyfiyyət standartlarına uyğun təqib və tətbiq etməkdəyik. Sərmayə geri dönüşüylə (ROİ) müştərilərimizi razı salan, biznesdə olan problemləri doğru yerdən həll edən, istifadəsi rahat, və nəhayət çox güclü həllər yaratmaq üçün böyük həvəslə çalışırıq. Müştərilərimizin biznes idarəetməsini asanlaşdıraraq Azərbaycan proqram markasını inşa edirik.

NAİLİYYƏTLƏRİMİZ

Daim mükəmməlləşən həllərimizlə müştərilərimizin rəğbət və etibarını qazanmağa müvəffəq oluruq! Uğur qazanmaq üçün öncə buna inanmaq lazımdır. İnanc isə hər hansı bir zərurətdən doğmalıdır. Düzgün seçilməyən hədəflər, qarşıya qoyulan məqsədlərin düzgün planlaşdırılmaması və hətta seçimlərin düzgün edilməməsi uğursuzluqla nəticələnə bilər. Düzgün strategiya, prinsipial mövqe və təcrübəli iş prinsipi əldə olunacaq uğurların reallaşmasına yönələn əsas amillərdəndir. Liderlik pilləsinə yüksəlmək üçün əldə olunan uğurlar və onun arxasında duran gərgin və davamlı fəaliyyətimiz bu gün bizə əldə etdiyimiz nailiyyətlərimizi qürurla sadalamağa imkan verir.

Liderlik pilləsinə yüksəlmək üçün əldə olunan uğurlar və onun arxasında duran gərgin və davamlı fəaliyyətimiz bu gün bizə əldə etdiyimiz nailiyyətlərimizi qürurla sadalamağa imkan verir.

MİSSİYAMIZ

Müştəri dəyəri bizim üçün 1-ci yerdədir

Həyata keçirdiyimiz bütün işlər - hazırladığımız həllər və göstərdiyimiz xidmətlər - müştəri məmnuniyyətinə yönəlikdir. Bizim hər bir fəaliyyətimizin mərkəzində müştəriyə qayğı göstərmək və müştərilərimizin biznesinin effektivliyini artırmaq üçün faydalı olmaq arzusu dayanır. Çünki müştəri ilə bağlı olan hər bir şey şirkətimizdə yüksək prioritetə malikdir.

Hər zaman innovasiyanin tətbiqindəyik

İnnovasiyalar — bu bizim biznesimizin əsasıdır. Bizim inkişafımızın sürəti — rəqabət üstünlüyümüzdür. Məhsullarımız, proseslər və yanaşmalarımız daim inkişafa yönəldildiyi üçün şirkətimizin özünün özünə tələbi də günü gündən artmaqdadır. Hətta gündəlik fəaliyyətimizin xaricində olsa belə hər bir əməkdaşımız öz işi üzərində innovasiya və yeniliklərin təqibindədir.

Bizim üçün nəticə olduqca önəmlidir

Biz hər il 10larla şirkətdə layihə həllərimizi tətbiq edərkən, onların insanlar üçün çalışacağını da bilirik. Ona görə də hər bir həlli yaradarkən bu həllərdən böyük bir kütləni, istehsalçıları bizim məhsul və xidmətlərimiz sayəsində öz biznesini optimallaşdıran müştəriləri nəzərə alırıq. Bu səbəbdən də hər bir layihəmiz uğurlu nəticələr verməsi üçün bütün səylərimizi əsirgəmirik.

Hər bir kəsin əmək və zamanını dəyərləndiririk

Şirkətimiz yarandığı gündən keyfiyyətin yüksək standartlarını tətbiq etməkdədir və hər bir əməkdaşımız bu standartlara riayət edərək çalışır. “Nə əkərsən, onu da biçərsən” prinsipi ilə işləyərək, hər kəsin vaxt və zamanına hörmətlə yanaşır, onu dəyərləndirir və tələblərimizi də bu prinsipə uyğun qarşılıqlı olaraq müəyyənləşdiririk.

Gələcək hər zaman diqqətimizdədir

Hər bir həlli yaradarkən bu həllərdən böyük bir kütlənin bizim məhsul və xidmətlərimiz sayəsində öz biznesini optimallaşdıran müştərilərin hamısını nəzərə alırıq. Məhz bu səbəbdən də həyata keçirdiyimiz hər bir layihə üzərində maksimum peşəkarlıqla çalışır, müştərimizin işinin gələcəkdə müsbət və uğurlu nəticələr verməsi üçün bütün səylərimizi əsirgəmirik.

Problemləri anlayib, zamaninda həll edirik

Problemi səsləndirmək işin çox kiçik bir hissəsidir. İşin yerdə qalan hissəsi onu uğurla həll etməkdir. Yalnız əsas hədəfi anlayaraq, doğru həlli tapmaq olar. Hər bir şirkət və müştərinin öz tələbləri, hər bir problemin də müxtəlif həll yolları var. Biz tələbə uyğun olaraq ən uğurlu həlləri təklif edirik. Problemləri isə yalnız həll etmirik, müştərinin problemlərinin onun biznesinə vurduğu zərəri gördükdə hücuma keçirik!

string(10) "istirahet1"