PROSPECT ERP ŞIRKƏTINDƏN GƏNCLƏR ÜÇÜN BÖYÜK FÜRSƏT!
  • 19-07-2019

Prospect ERP-nin 15 illik təcrübəsinə əsaslanaraq təsis etdiyi Prospect Academy “2018-Təlim və təcrübəyə dair inkişaf proqramı”na start verdi!

Bu yay Proqramlaşdırma öyrənərək həm təcrübə, həm də iş qazanın!

 

1 aylıq təcrübə proqramı çərçivəsində iştirakçılar PHP, HTML, CSS və s. proqramlaşdırma dilləri ilə bağlı biliklərə yiyələnəcək, şirkətin müxtəlif layihələrində iştirak edərək təcrübə qazanmaq imkanı əldə edəcəklər.

 

Təcrübə müddətini bitirən iştirakçılar qiymətləndiriləcək və onlara layihədə iştirak etdiklərini təsdiq edən sertifikat təqdim olunacaq. Dəyərləndirmələrə görə nəticəsi yüksək olan təcrübəçilər isə Prospect ERP şirkətində işlə təmin olunacaqlar.

 

Dəniz, günəş və istirahət həmişə var, biz Sizə hər zaman olmayanları təklif edirik!

 

Proqramda iştirak etmək istəyənlər hr@pronet.az ünvanına “2018-Təlim və təcrübəyə dair inkişaf proqramı” başlığı ilə müraciət göndərə bilərlər.