Şirkət yaranaraq öz profilini telekommunikasiya və informasiya texnologiya istiqamətli təyin etmişdir. Bu istiqamətdə fəaliyyətini təşkil edən «PRONET» şirkəti müasir dünyada telekommunikasiya və informasiya texnologiyalarının mühüm yer aldığını və dinamik inkişaf etməsini əsas tutmuşdur. Bütün müsbət amillərlə yanaşı adı çəkilən sahə daha çox biliklər və inovasia xarakterli yanaşmalar tələb edir və buda şirkətin ümumi ruhuna tam yaxın bənzəyirdi.
Öz fəaliyyətində aktivlik nümayiş etdirmək və daim öndə olmaq məqsədi ilə «PRONET» şirkəti öz vəzifəsi tək təsdiqlənmiş planlı işlər aparmağa başlamışdır. Belə planlaşdırılmış işlərin bir neçəsini aşağıda sadalamaq olar:
- Qabaqcıl xarici telekommunikasiya və informasiya texnologiya yönümlü istehsalçılar ilə əməkdaşlıq və onların avadanlıqlarının Azərbaycanda yayılması;
- Ölkədən xaricdə keçirilən texniki treyniqlərdə şirkətin texniki personalı və mühəndislərinin iştirakı və sertifikatlaşdırılması;
- Orta və iri biznes strukturlarının iş prosesinin avtomatlaşdırılması üçün mütəmadi olaraq çox sərfəli İKT həllərinin işlənib hazırlanması;
- Korporativ müştərilərlə müasir dünyanın tələblərinə cavab verən professional biznes əlaqələrin qurulması və bu münasibətlərin davamlı inkişafını təmin etmək və sair.