PRONET - Professional Business Connection

Tools

voicemessage-banner

voicemessager

Səsli ismarıc saxlama imkanı.

“PROCALL” intellektual telefon mərkəzi zəng edənə operatorla birbaşa əlaqə saxlamaq, sistem ilə interaktiv ünsiyyət (IVR) qurmaq və eyni zamanda müxtəlif məqsədlərlə səsli ismarıcların saxlanmasına imkan verir. Bu funksiyanın icrası VoiceMessage modulu hesabına həyata keçirilir. “PROCALL” tərəfindən zəng edənə səsli ismarıcların saxlanılması növbəti hallarda təklif olunur:

  • əsas menyuda nəzərdə tutulmuş “şikayət və təkliflər” bölməsində şikayət və təkliflərin saxlanılması;
  • zəng olunanın məşğul olduğu halda səsli ismarıc saxlama təklifi;
  • zəng olunanın yerində olmadığı halda səsli ismarıc saxlama təklifi;

“PROCALL” intellektual telefon mərkəzində bütün növ səsli ismarıclar detallı şəkildə (zəng vuranın nömrəsi, zəngin vurulma tarixi, ismarıcın müddəti və sair) saxlanılır və arxivləşdirilir.