PRONET - Professional Business Connection

Tools

support r24/7 Daim xidmətinizdəyik.



PROCALL intellektual telefon mərkəzinin avadanlıqları Azərbaycan Respublikasına rəsmi yolla gətirilir və birbaşa istehsalçı tərəfindən “Beynəlxalq Zəmanət” verilir. PROCALL intellektual telefon mərkəzinin “Mərkəzi Server”i Fujitsu korporasiyasına məxsusdur və 3 illik zəmanəti vardır. PROCALL intellektual telefon mərkəzi ilə birgə işləyən digər avadanlıqlara isə (Grandsteram, Cisco, Tandberg, Cyber Data, PORTech, Aventura və s.) 1 illik zəmanət verilir. Təklif olunan sistem və tərkibindəki bütün avadanlıqlar dəfələrlə sınanmış və istismara yararlı olması baxımından özünü doğrultmuşdur.
Həyata keçirdiyimiz layihələrdən irəli gələrək tam əminliklə demək olar ki, təklif olunan avadanlıqlar bu günə qədər müştərilərmizin tələblərinə tam cavab vermişdir. Ancaq hamımız çox gözəl bilirik ki, istənilən avadanlığın istehsal olunan ölkədən, şirkətdən və verilən zəmanətdən asılı olmayaraq nə vaxtsa hansısa bir probleminin olması qaçılmazdır. Bu səbəbdən hər hansı avadanlığı əldə edərkən ilk növbədə ən vacib olan amillərdən biri həmin avadanlığın ölkəmizdə Rəsmi Servis Mərkəzinin olmasıdır. PROCALL intellektual telefon mərkəzini təqdim edərkən tam əminliklə deyə bilərik ki, bu sistemlə bağlı istənilən problemi tez bir zamanda yüksək xidmət göstərərək aradan qaldırmaq üçün Rəsmi Servis Mərkəzimiz fəaliyyət göstərir.