PROCALL intellektual telefon mərkəzinin “Supervisor” modulu digər modullardan fərqli olaraq daha geniş imkanlara malikdir.
Bu modul özündə PROCALL intellektual telefon mərkəzinin bir neçə imkanlarını əks etdirir.
Modulun əsas funksiyaları:
- supervayzer operatorların gündəlik işçilik qabiliyyətinə nəzarət edir,
- online rejimdə müştəri və operatorların danışıqlarına qulaq asaraq müştərilər ilə danışıq keyfiyyətini qiymətləndirir,
- operator online rejimdə səhfə yol verdikdə dərhal müdaxilə edərək köməklik edir və ya operatorun xəttini söndürərək zəng edən şəxsin suallarını özü cavablandırır,
- daha önəmli imkanlarından biri də bu modul vasitəsi ilə təcrübəli olan operator (supervisor) yeni işə qəbul olmuş operatorlara online rejimdə treyninqlərin keçirilməsini təşkil edir.
Bu imkanlar isə öz növbəsində call center xidmətinizin daha operativ və keyfiyyətli xidmət göstərməsini təmin edir.
