PRONET - Professional Business Connection

Tools

phonemarketing r

Telefon vasitəsi ilə ümumi və fərdi marketinq xidmətləri təşkil edərək vacib statistik hesabatların əldə edilməsi

“PROCALL” intellektual telefon mərkəzi olaraq insan resursundan istifadə etmədən bir sıra mürəkkəb telefon əməliyyatlarını yerinə yetirir. Tərkibində olan PhoneMarketing modulu vasitəsi ilə müəssisə və təşkilatlar telefon mərkəzi üzərində müxtəlif növ marketinq fəaliyyətini həyata keçirə bilərlər. “PROCALL” intellektual telefon mərkəzindən çıxan zənglər üzərində təşkil olunmuş aşağıda göstərilən müxtəlif telefon əməliyyatları aparmaq olar:

  • telefon sorğularının keçirilməsi;
  • kütləvi telefon zəngləri vasitəsi ilə reklam və anonsların çatdırılması;
  • kütləvi telefon zəngləri vasitəsi ilə xəbərdarlıqların (borcların ödənişi) çatdırılması və s..

“PROCALL” intellektual telefon mərkəzi sadalanan bütün bu əməliyyatları avtomatik rejimdə apararaq emal olunmuş nəticələrlə bağlı qısa müddətdə hesabat təqdim edir. Bu imkanlar istənilən müəssisə və təşkilatlara dəyərli marketinq təhlilləri aparmaq və kritik kütləvi telefon xəbərdarlıqlarının həyata keçirilməsində böyük dəstəkdir.