
Telefon vasitəsi ilə hər növ bank əməliyyatlarının aparılması
“PROCALL” intellektual telefon mərkəzi telefonla bank əməliyyatlarının aparılmasını PhoneBanking modulu vasitəsi ilə həyata keçirir. Bununla müştərilər banka gəlmədən telefon vasitəsi ilə bank əməliyyatlarını aparmaq imkanı əldə edirlər. PhoneBanking-in icra edə biləcəyi bank əməliyyatları əsasən bunlardır:
- telefon vasitəsi ilə kommunal xərclərin ödənişi;
- telefon vasitəsi ilə telefon danışıqlarının ödənişi;
- telefon vasitəsi ilə müxtəlif pul əməliyyatlarının aparılması.
“PROCALL” intellektual telefon mərkəzinin verdiyi bu imkanlar hesabına banklar öz müştərilərinə yeni, fərqli, müasir və rahat xidmət göstərmiş olurlar.
