PRONET - Professional Business Connection

Tools

operator rPROCALL intellektual telefon mərkəzinə daxil olan zəngləri rahat və operativ qəbul etmək üçün “Operator” modulunun böyük rolu vardır.



PROCALL sisteminin operator modulu digər sistemlərdən üstünlüyü ondan ibarətdir ki, bu modul özündə həm “softphone”-u, həm də birbaşa müəssisənin məlumat bazasına inteqrasiya olunan “paneli” mövcuddur. “Softphone” vasitəsi ilə qəbul olunan zənglərlə bağlı məlumatlar (təyin olunmuş nömrə, tarix, vaxt, qəbul edən operatorun adı və s.) avtomatik olaraq paralel paneldə də əks olunur və birbaşa məlumat bazasında arxivləşir.
Bununla yanaşı modulun digər önəmli üstünlüyü odur ki, növbəti dəfə həmin nömrədən bir daha zəng daxil olduğu halda məlumat bazasında bu nömrə ilə bağlı arxivləşdirilmiş məlumat operator modulunun panelində əks olunur və artıq operatorun zəng edən şəxs barədə ilkinməlumatı olur. “Operator” modulunun “paneli” həmçinin onu əldə edən müştərinin istəyinə uyğun yığılır. Bu modulun panelində siz sizə uyğun öz iş prinsipinizi əks etdirə bilərsiniz. Operatorların müştərilərə çatdıracağı (müəssisənizin təklif etdiyi məhsullar barədə məlumat və s.) və müştərilərdən alacağı(adı, soyadı, atasının adı, statusu, tel nömrəsi, iş yeri, vəzifəsi, ünvanı, müraciətinin məzmunu və s.) məlumatı paneldə əks etdirə bilərsiniz.