Rahatlığın bir hissəsi “Lan talk” (daxili chat).
PROCALL intellektual telefon mərkəzi digər sistemlərdən fərqli olaraq onu əldə edən müəssisə və təşkilatların göstərdiyi xidmətlərin keyfiyyətini artırmaqla yanaşı, həmçinin o, xidməti göstərən kollektivin də rahat xidmət göstərməsini təmin edir. Rahatlığın bir hissəsini “Lan talk”(daxili chat) modulu öz üzərinə götürməklə təmin edir, daxil olan kütləvi zəngləri qəbul edən operatorlar öz aralarında və müəssisə daxili “Lan talk”-dan istifadə edərək daxil olan zənglə bağlı yaranmış problemli sualları operativ olaraq həll edirlər.
Həmçinin bu modul vasitəsi ilə operator otaqlarında operatorlar səs edərək bir birinə mane olmamaq üçün “Lan talk” vasitəsi ilə əlaqə saxlaya bilərlər. Bu modulun köməyi ilə adminstrator və ya supervayzer hər hansı hadisəni və ya yeni məlumatı lan talk vasitəsi ilə operativ şəkildə opertorlara bildirə bilər. “Lan talk” üzərindən siz həm individual həm də kütləvi müraciətlər edə bilərsiniz. Bununla siz operatorların daha operativ, dəqiq və rahat işləmələrini təmin edirsiniz.
