PRONET - Professional Business Connection

Tools

ivr-system-banner

Telefon zənglərini interaktiv səsli menyu vasitəsi ilə emal edərək ümumi və fərdi xüsusiyyətli məlumatların verilməsi.


“PROCALL” intellektual telefon mərkəzi kütləvi zənglərin avtomatik rejimdə (operator olmadan) emalı üçünuniversal çox mərhələli İVR sisteminə malikdir. İVR sisteminin vasitəsi ilə zəng vuranla telefon mərkəzi arasında interaktiv əlaqə yaradılır və operator olmadan belə lazımı standart xarakterli məlumatlar verilir. Belə interaktiv əlaqələrin xüsusən qeyri iş saatlarında yaradılması daha önəmlidir.
“PROCALL”un təklif etdiyi universal İVR sistemi əldə edilə biləcək standart tipli məlumatların daha konkretləşdirilməsi üçün maksimal mərhələlər yaratmaq üstünlüyünə malikdir. Zəng edən sadəcə olaraq ona sistem tərəfindən təklif olunan telefon düymələrinə basaraq İVR sisteminin baş menyusundan çox mərhələli alt menyulara keçərək ona lazım olan konkret məlumatı əldə edə bilir.