
GSM nömrələrə kütləvi və fərdi zənglərin edilməsi və qəbulu.
PROCALL sistemində GSM nömrələrə GSM portu vasitəsi ilə daha sərfəli zənglərin edilməsi imkanı mövcuddur. Belə ki, adi şəhər telefon vasitəsi ilə zəng etmək imkanında olmayan (avtomobil ilə hərəkət edən, piyada gəzintidə olan və sair hallarda) abonent mobil telefonu vasitəsi ilə “Telefon Məlumat Sistemi” ilə əlaqə yarada bilər. Mobil telefonundan “PROCALL” sisteminin GSM nömrəsinə edilən zəng şəhər nömrəsinə edilən zəngdən qiymət baxımından dəfələrlə qənaətli olur.
“PROCALL” sisteminin GSM portlarına eyni anda bir neçə mobil operatorların GSM nömrələrini qoşmaq mümkündür. Buda imkan verir ki, hər hansı bir GSM operatora zəng edildikdə, yalnız eyni (Azercell nömrədən Azercell nömrəyə, Bakcell nömrədən Bakcell nömrəyə, Nar nömrədən Nar nömrəyə və sair) operatorun GSM nömrəsindən istifadə edilsin. Bir GSM operatorun daxili şəbəkəsində edilən zənglər daha sərfəli olduğundan böyük qənaətlər etmək imkanı yaranır. Onu da qeyd etmək lazımdır ki, GSM operatora edilən zəng hansı GSM portdan ediləcək “PROCALL” sistemi tərəfindən avtomatik təyin edilir, istifadəçi yalnız nömrəni yığarkən qarşısına lazımı operatorun kodunu (050, 055, 070 və sair) qeyd edir.
