PRONET - Professional Business Connection

Tools

callwaiting-banner

callwaitingr

Operatorun məşğul olması və gözləmə müddəti barədə zəng edəni məlumatlandırmaq

“PROCALL” intellektual telefon mərkəzi kütləvi telefon zənglərini emal edən ən mükəmməl sistemdir. Eyni anda çoxlu sayda zəngləri qəbul edən müəssisə və təşkilatlarda operator məşğulluğuna tez-tez rast gəlmək olar.
Bütün operatorlar məşğul olan dövrdə telefon mərkəzinə daxil olan zənglərin itkisiz emalı üçün effektiv gözləmə rejiminin təşkilinə böyük ehtiyac yaranır.
Bu məsələ “PROCALL” intellektual telefon mərkəzində Call Waiting modulu vasitəsi ilə öz həllini tapmışdır.
“PROCALL” intellektual telefon mərkəzində operatorların məşğul olduğu dövrdə zənglərin itirilməməyi üçün yaradılmış gözləmə rejimi ərzində müxtəlif ssenarilər tətbiq oluna bilər:

  • gözləmə rejimi ərzində müəssisə və təşkilatlara aid reklam və anonsların səsləndirilməsi;
  • gözləmə rejimi ərzində zəng edənin növbəsini təyin edərək gözləmə müddətinin səsləndirilməsi;
  • gözləmə rejimi ərzində zəng edənə səsli ismarıc saxlamasının təklif olunması;
  • gözləmə rejimi ərzində zəng edənə operator tərəfindən sonradan ona zəng etmə imkanının təklif olunması;
  • gözləmə rejimi ərzində zəng edənə avtomatik rejimdə (IVR) standart məlumatların alınması üçün əsas menyudan istifadə etmək təklifi və s...