PRONET - Professional Business Connection

Tools

Sistemə daxil olan bütün zənglər barəsində hesabatların verilməsi (zənglərin: tarixi, miqdarı, müddəti və danışıqların yazılması)

“PROCALL” intellektual telefon mərkəzinə bütün daxil olan və çıxan zəngləri və onlarla bağlı baş tutmuş bütün əməliyyatları ətraflı qeydə alır. Tərkibində olan Call Details Record modulu vasitəsi ilə bütün qeydlər sistemləşdirilir və arxivləşdirilir. Bu da istənilən parametrə (kriteriyaya) görə keçmişdə baş tutmuş əməliyyatların axtarışını təşkil etməyə imkan verir. Bütün bu qeydlər özündə vacib statistik məlumatları əks etdiyi üçün özündə böyük dəyərə daşıyır.
“PROCALL” intellektual telefon mərkəzi topladığı bütün bu statistik məlumatlar üzrə aşağıda göstərilən hesabatları tərtib edə bilir:

  • istənilən gün, ay və il ərzində daxil olan və çıxan zənglər;
  • daimi və yeni abunələrin zənglərinin dinamikası;
  • operatorların ayrı ayrılıqda qəbul etdiyi zənglərin sayı və müddəti;
  • gözləmə rejimində olan zənglərin maksimal müddəti;
  • əsas və alt menyulara müraciətlərin sayı;
  • eyni nömrədən daxil olan zənglərin təkrarlığı;
  • gün ərzində daxil olan zənglərin pik həddi və s..

“PROCALL” intellektual telefon mərkəzinin verdiyi bütün bu üstünlüklərdən maksimal yararlanaraq müəssisə və təşkilatlar öz strateji inkişaflarına böyük dəstək alırlar.