
PROCALL intellektual telefon mərkəzi bir çox modulları ilə yanaşı həmçinin «avto forward» moduluna malikdir.
Bu modul vasitəsi ilə siz şəhər və ya istənilən daxili nömrənizi sizə məxsus olan istənilən mobil nömrəyə yönəltmək imkanına malik olursunuz. Bununla siz mobil nömrənizə yönəltdiyiniz şəhər və ya daxili nömrəyə zəng gəldiyi halda, zəng edənə bir neçə çağırışdan sonra sizin mobil nömrəniz səsləndirilir və ya avtomatik yönəlməsi barədə zəng edənə bildirilir.
«Avto forward» modulu vasitəsi ilə siz harda olmağınıza baxmayaraq daim müştərilərlə əlaqədə olursunuz, bu isə sizin müştərilərinizə göstərdiyiniz yüksək xidməti bir daha təsdiq edir.
Telefon vasitəsi ilə hər növ bank əməliyyatlarının aparılması.
