PROCALL intellektual telefon mərkəzinin “Administrator” modulu bu sistemin əsas idarəedici imakanlarına malikdir.
“Administrator” modulu yeganə moduldur ki, sistemə daxil olan, çıxan, itirilən bütün zənglərlə bağlı məlumatları özündə əks etdirir. Bu modul vasitəsi ilə zənglərlə bağlı növbəti məlumatları əldə etmək imkanına maliksiniz : tarix, vaxt, təyin olunmuş zəng edən və zəng etdiyi nömrə, zəngi cavablandıran operator, danışıq müddəti (saniyələrlə) və “Record” modulunun MP3 formatda zənglərlə bağlı arxivləşdirdiyi bütün daxil olan və çıxan danışqlar. “Administrator” modulunun panelində siz zənglərlə bağlı istənilən kriteriyalar (tarix, vaxt, nömrə, operator və s.) üzrə axtarış apara bilərsiniz.
Həmçinin sizin Call Center-ə daxil olan, çıxan və itirilən bütün zənglərlə bağlı istənilən kriteriyalar (nömrələr, operatorlar, müraciətlər, şikayətlər və s.) üzrə gündəlik, həftəlik, aylıq, illik hesabatlar əldə edə bilərsiniz. “Administrator” modulunda əks olunan istənilən məlumatı sizə uyğun olan formada export və raport formasında çap edə bilərsiniz. Bu modul bir sözlə sizə zənglərlə bağlı istənilən məlumatı əldə etmək imkanı yaradır.