
Sistemin fasiləsiz 24/7 formatinda işləməsi Və eyni vaxtda çoxlu sayda zənglərin qəbulu.
“PROCALL” intellektual telefon sisteminin digər telefon sistemlərindən əsas üstünlüyü onun məhdudiyyətsiz genişlənmə imkanı və dayanıqlı çalışmasıdır, bunlar da telefon sisteminə daha çox giriş xətlərinin (FXO, E1) və daxili abonentlərin (FXS, iP) qoşulmasına imkan verərək fasiləsiz kütləvi zənglərin qəbuluna əlverişli şərait yaradır.
“PROCALL” intellektual telefon sistemini tətbiq edərək istənilən idarə və müəssisə fəaliyyətini 24/7 formatında təşkil etmiş olur. Bu da öz növbəsində günün istənilən saatı daha çox sayda zənglərin qəbuluna şərait yaradaraq yeni müştəri axınına səbəb olur, bu isə nəticədə imic və gəlirin artmasına müsbət təsir göstərir.
